Mayın 2-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə keçirilən "Prezident Kuboku-2024” beynəlxalq reqatasının ikinci yarış gününə start verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən yarışın ikinci günündə komandalar 500-1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, mayın 3-dək davam edəcək "Prezident Kuboku-2024" beynəlxalq reqatasında 21 ölkədən 30 komanda iştirak edir.
Komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı ölkəmizə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayakla yarışda Amil Ramazanov qazandırıb.
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
!["Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi ](https://olimpnews.az/uploads/img/posts/2024/05/02/IMG-20240502-WA0001jpg-1714639553.jpg)
!["Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi ](https://olimpnews.az/uploads/img/posts/2024/05/02/6633528de2760_IMG-20240502-WA0000.jpg)
!["Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi ](https://olimpnews.az/uploads/img/posts/2024/05/02/6633528e038d9_IMG-20240502-WA0002.jpg)
!["Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi ](https://olimpnews.az/uploads/img/posts/2024/05/02/6633528e6480a_IMG-20240502-WA0004.jpg)