"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib

"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib

"DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Trophy 2024" turniri keçirilib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, turnirdə yerli və ölkəmizdə yaşayan xarici qolfçular mübarizə aparıb. 
Ümumilikdə 50 idmançın iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib gələrək (78 xal) "Lexus Tropy 2024" çempionu adını qazanıb. 
Daha sonra 2 kateqoriyada "Stableford” turniri keçirilib. A kateqoriyasında 41 xalla Nik Hore birinci yerin sahibi olub. Alistair Dougall ikinci (40 xal), Tural Vəlizadə isə üçüncü (38 xal) yeməklə kifayətlənib. 
B kateqoriyasında isə Regina Bədəlbayeva 45 xalla birinci, Con Rayt 44 xalla ikinci, Vasso Papadopulou isə 42 xalla üçüncü yeri tutub. 
Qalibləri mükafatlandıran Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov onları təbrik edərək yaddaqalan çıxışları ilə turnirə töhfə verdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib.

"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib "DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib "DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib