"Prezident Kuboku-2024": Medallarımızın sayı dördə çatdı

"Prezident Kuboku-2024": Medallarımızın sayı dördə çatdı

Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir. 

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ikinci günündə komandamızın heyətində yer alan Qiyas Əhmədov - Vacib Babayev cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançıların yarışında bürünc medal qazanıb.

Təmsilçilərimiz bu uğura 500 metr məsafəyə kayak yarışlarında nail olublar. 

Beləliklə, Azərbaycan avarçəkənlərinin beynəlxalq reqatada qazandığı medalların sayı 4-ə çatıb. 

Xatırladaq ki, komandamızın üzvlərindən daha əvvəl Əlimurad Hacızadə qızıl, Nurlan Paşayev gümüş, Amil Ramazanov isə bürünc medal qazanıb. 

"Prezident Kuboku-2024" beynəlxalq Reqatasına mayın 3-də yekun vurulacaq.