Mayın 2-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu təşkil olunub. Pley-offun 1/4 final mərhələsində "Neftçi" və "Xırdalan" komandaları üz-üzə gəlib. Komandalar arasında keçirilən ikinci oyun gərginliyi ilə yadda qalıb. Oyun "Xırdalan"ın 76:73 hesablı çətin qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Xırdalan" bu qələbə yarımfinala yüksəlib. Bu mərhələdə "Xırdalan"nın rəqibi "Sabah" klubu olub.
Qeyd edək ki, yarımfinal seriyasında ilk oyun mayın 7-də təşkil olunacaq.
Basketbol Liqası: "Xırdalan" "Sabah"a rəqib oldu
