Avarçəkənlərimiz "Prezident Kuboku-2024"də bürünc medal qazandılar

Avarçəkənlərimiz "Prezident Kuboku-2024"də bürünc medal qazandılar

Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının üçüncü yarış gününə start verilib. 

Üçüncü yarış günündə komandamız daha bir bürünc medala sahib çıxıb. 

Belə ki, İbrahim Məmmədzadə və Sərhad Fərhadlı 2010-2011-ci illər təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak yarışında üçüncü yeri tutublar. 

Bununla da, komandamızın qazandığı medalların sayı 5-ə çatıb. 

Qeyd edək ki, təmsilçilərimiz yarışların ilk iki günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Avarçəkənlərimiz "Prezident Kuboku-2024"də bürünc medal qazandılar