Azərbaycan avarçəkənləri ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilən yarışların üçüncü günündə Qiyas Əhmədov - Vacib Babayev cütlüyü gümüş medala sahib olub.
Təmsilçilərimiz 2008-2009-cu ilər təvəllüdlü idmançılar arasında keçirilən 200 metr məsafəyə kayak yarışında fərqləniblər.
Bununla da, idmançılarımızın beynəlxalq reqatada qazandığı medalların sayı 6-ya çatıb.
Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 3 bürünc qazanıblar.