Azərbaycan avarçəkənləri ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasında növbəti medalını qazanib.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın üçüncü günündə Nurlan Paşayev - Fariz Babayev cütlüyü bürünc medal qazanıb. Təmsilçilərimiz 2006-2007-ci illər təvəllüdlü idmançıların yarışında 1500 metr məsafəyə akademik avarçəkmə növündə fərqləniblər.
Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.