Azərbaycan avarçəkənləri ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasında daha bir medal əldə ediblər.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışların sonuncu günündə Məhəmməd Həsənov - Raul Şamilov cütlüyü bürünc medala layiq görülüb. Təmsilçilərimiz bu uğura 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə akademik avarçəkmə növündə nail olub.
Bununla da beynəlxalq reqatada qazanılan medalların sayı 8-ə çatıb.
Xatırladaq ki, daha əvvəl avarçəkənlərimiz 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.