Azərbaycan avarçəkənləri ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasını 9 medalla başa vurub.
Komandamıza sonuncu medalı yarışların üçüncü günündə Niyaz Məlikov - Emil Zeynalov cütlüyü qazandırıb. Təmsilçilərimiz 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında 100 metr məsafəyə kayak yarışında gümüş medala sahib çıxıb.
Qeyd edək ki, avarçəkənkərimiz daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.