Tayson - Pol döyüşündə 2 milyonluq bilet

Tayson - Pol döyüşündə 2 milyonluq bilet

Əfsanəvi boksçu Mayk Taysonla məşhur amerikalı videobloger Ceyk Pol arasında keçiriləcək döyüşü izləmək üçün təxminən 2 milyon dollarlıq biletlər də satışa çıxarılıb. Bu qiymətli biletə sahib olan tamaşaçı rinqə yaxın əyləşəcək, içki və yemək, lüks hotel otağı ilə təmin oluncaq. Bundan başqa onlar döyüşçülərin soyunub-geyinmə otağına da girmək hüququ əldə edəcəklər.

Xatırladaq ki, döyüş iyulun 21-də Arlinqtonda (Texas, ABŞ) “AT&T Stadium”da keçiriləcək.