Qadınlardan ibarət həndbol millimiz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununu keçirib.
Yığma komandamız yarımfinalda "Özbəkistan TJ" komandası ilə üz-üzə gəlib.
Oyun rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 29:28.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki hər üç oyunu qələbə ilə başa vurmuşdu.