Boksçularımız Xantı-Mansiyskdən 8 medalla dönüblər

Boksçularımız Xantı-Mansiyskdən 8 medalla dönüblər

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək, I yerə layiq görülüb. Digər boksçumuz Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Baku Fires” klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb. Qeyd edək ki, təmsilçimiz yarımfinalda belaruslu Leonid Çernobayevi 1-ci raundda nokauta salmışdı. 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. Komandamızın digər üzvləri Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov
(60 kq), Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91+kq) isə bürünc medalla kifayətləniblər.
81 kq çəki dərəcəsində yarşıan "Baku Fires” klubunun üzvü Batraz Qurtsiyev də yarışa inamlı qələbə ilə başlayıb. Boksçumuz tacikistanlı Mircamol Qiyasovu 1-ci raundda texniki nokautla məğlub edib. Qurtsiyev yarımfinalda yerli idmançı İvan Saşko ilə qarşılaşıb. Bu döyüşdə qalib gələn boksçumuz həlledici mərhələyə vəsiqə qazanıb. Finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzan Batraz gümüş medala layiq görülüb.