İranın Milli Olimpiya Komitəsi Paris-2024 Olimpiadasına yollanacaq nümayəndə heyətini ölkənin həlak olmuş prezidenti İbrahim Rəisinin xatirəsini yad etmək üçün “Xadəm ər-Rza” adlandırıb.
“İran Milli Olimpiya Komitəsi helikopter qəzasında həlak olan İbrahim Rəisinin xidmətlərini yüksək qiymətləndirir. Ölkəmizin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək idman nümayəndə heyətinə onun adı verilib”, - İran Milli Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.