Bakıda boks üzrə şəhər birinciliyi başa çatıb

Bakıda boks üzrə şəhər birinciliyi başa çatıb


Bakı şəhər Gənlər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 1998-99-cu təvəllüdlülər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda 153 idmançı mübarizə aparıb.
Nəticələrə görə Polad Hüseynov (46kq), Süleyman Məhərrəmov (48 kq), Bahadur Göyçəyov (50 kq), Ədalət Eminov (52 kq), Ayxan Tağızadə (54 kq), Bəxtiyar Qazıbəyov (57 kq), Elmar Məmmədov (60 kq), Dərbənd Əliyev (63 kq), Elxan Əliyev (66kq), Hacı Dilbazov (70 kq), Şahin Musayev (75kq), Nurlan Axundov (80 kq) və Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) 1-ci yerə layiq görülüblər.
I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.