Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcəklər

Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcəklər

Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.