"Qarabağ" bu gün Çempionlar Liqasınıda mübarizəyə başlayır 

"Qarabağ" bu gün Çempionlar Liqasınıda mübarizəyə başlayır 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Azərbaycan çempionu "Qarabağ" da II təsnifat mərhələsində ilk oyununu keçirəcək. Qurban Qurbanovun komandası Cəbəllütariqdə "Linkoln"la üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün baş hakimi macarıstanlı İştvan Vad olacaq.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.