Namiq Abdullayev: "Olimpiadada hər bir güləşçimizdən medal gözləyirik"
Olimpizm xəbərləri
02.08.2024, 17:33
"Heyətin hər bir üzvü kifayət qədər təcrübəlidir və böyük yarışlarda iştirak edib. Təbii ki, biz olimpiadada hər bir güləşçimizdən medal gözləyirik".
Bu sözləri "Olimpnews.az"a açıqlamasında Milli Olimpiya Komitəsinin, Azərbaycan Güləş Federasiyasının (AGF) İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namiq Abdullayev deyib.
O, Azərbaycan Preizdenti cənab İlham Əliyevin güləşə xüsusi diqqət və qayğı göstərdiyini deyib: "Cənab prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva bütün idman növlərinə olduğu kimi, daim güləşə də xüsusi münasibət göstərib, diqqət və qayğı ilə əhatə edib. Həmçinin, Gənclər və İdman Nazirliyinin, o cümlədən Milli Olimpiya Komitəsinin dəstəyini hər zaman hiss etmişik. Yarışlara ezam, vitaminlə təminat və olimpiyaçılara təqaüdün verilməsi bu diqqətin göstəricisidir. Azərbaycan Güləş Federasiyası komandalarımızın Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum yüksək səviyyədə hazırlaşması üçün əlindən gələni edir. Başda federasiya prezidenti olmaqla, qurumun hər bir əməkdaşının bu işdə əməyi var. Bakıda, bölgələrdə və ölkə xaricində yüksək səviyyədə təlim-məşq toplanışları keçirilib. Amerikadan dəvət edilmiş fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippinin də təlim-məşq toplanışlarında iştirakını qeyd etməliyəm. Bu mütəxəssis güləşçilərimizdə fiziki hazırlığın və dözümlülüyün yüksəldilməsi yönündə məşqlər keçir. Bir sözlə, komandalarımızın olimpiadaya ən yaxşı formada yollanması üçün lazım olan bütün işlər görülüb. İndi qalır məşqçilərin və güləşçilərin Paris-2024-də bunun qarşılığını verməsi".
Namiq Abdullayev proqnoz verməyin mümkün olmadığını da söyləyib: "İdmançıda fiziki, taktiki-texniki və psixoloji hazırlıq vəhdət təşkil etməlidir. Bunlar hamısı qaydasında olanda uğurlu nəticə əldə etmək mümkündür. Həmin gün idmançının günü olmalıdır. Bəzən sürpriz şəkildə zədə və ya xəstəlik uğur qazanmağa imkan vermir. Təki, güləşçilərimiz heç bir problemlə üzləşməsinlər və xalqımızın ümidlərini doğrultsunlar. Fürsətdən istifadə edib, Olimpiya komandamızın bütün üzvlərinə uğurlar arzulayıram. Növündən asılı olmayaraq, hər bir idmançımıza inanır və dəstəkləyirik. Dualarımız onlarladır".
Qeyd edək ki, Azərbaycanı Paris-2024-də sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) təmsil edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
Bugün, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
Bugün, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
Bugün, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo