"Səmərqənd Open 2024" turnirində 12 medal

"Səmərqənd Open 2024" turnirində 12 medal

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open 2024" beynəlxalq turnirində 12 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) qızıl medala yiyələnib.

Nigar Useynova (U-30), Narin Həsənova (U-18), Zəhra İsayeva (42 kq), Vidadi Məmmədli (26 kq), Cahid İsmayılzadə (42 kq), Yusif Zeynallı (42 kq) isə gümüş medal əldə edib.

Fateh Sultanlı (38 kq), Aliyə Məmmədli (42 kq), Əkbər Tağıyev (24 kq), Mirzəli Uğur (40 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, komanda avqustun 16-18-də Özbəkistan təmsilçiləri ilə birgə təlim-məşq keçəcək.