Əfsanəvi pilota həsr olunan serialın aktyor heyəti açıqlanıb - VİDEO

Əfsanəvi pilota həsr olunan serialın aktyor heyəti açıqlanıb - VİDEO

Noyabrın 29-da “Senna” serialının "Netflix" platformasında premyerası olacaq. Ekran əsəri bu əfsanəvi Formula 1 pilotu Ayrton Sennanın həyatından bəhs edən Braziliya sənədli serialıdır. Senna rolunu ötən il "Ferrari" filmində Alfonso de Portaqo rolu ilə tanınan aktyor Qabriel Leone canlandıracaq. Ayrton Sennanın keçmiş həyat yoldaşı və ilk sevgilisi Lilian de Vaskonselos rolunda braziliyalı Alise Ueqmann yer alıb. Camila Mardila serialda Ayrtonun bacısı Vivyen Senna rolunda çəkilib. Beynəlxalq Avtomobil İdmanları Federasiyasının (FIA) keçmiş prezidenti Jan-Mari Balestranın rolu fransız Arno Viarda həvalə olunub. Pilot Nelson Piketi Hüqo Bonmer, Niki Lauda rolunu Yohannes Haynrix, əfsanəvi "Williams"ın qurucusu Frank Uilyamsı isə Stiven Makintoş ifa ediblər.

Məlumat üçün bildirək ki, 10 illik yarış ərzində Ayrton 41 yarışda qalib gəlib və 65 poul mövqeyini tutub. O, mətbuatdan və pərəstişkarlarından "The Wizard" və "The Rain Man" ləqəblərini alıb. 1994-cü ildə İmolada San-Marino Qran-Prisində qəza nəticəsində faciəvi şəkildə həyatla vidalaşıb.

Əfsanəvi pilota həsr olunan serialın aktyor heyəti açıqlanıb - VİDEO