Azərbaycanı və "Qəbələ”ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun almaniyalı rəqibi Mattias Pelklə revanş döyüşü rəsmiləşib. Qarşılaşma ilə əlaqədar Almaniyada hər iki boksçu arasında müqavilə imzalanıb.Döyüşün vaxtı dəqiqləşməsə də, keçiriləcəyi yer artıq məlumdur. Boksçular arasında döyüş Almaniyada baş tutacaq. Həmyerlimiz tərəflər arasında müqavilə imzalandıqdan sonra zədəsinin bərpası və təlim-məşq məqsədilə Türkiyəyə yollanıb.
Xatırladaq ki, dekabr ayında Fariz Məmmədovla Mattias Pelk arasında Qəbələdə baş tutan WBO və İBF versiyası üzrə Avropa kəməri uğrunda döyüşdə idmançımız 8-ci raundda döyüşü yarımçıq saxlamaq məcburiyyətində qalmışdı. Buna həmyerlimizin döyüşdən əvvəl bir qabırğasının sınması əsas səbəb kimi göstərilir.