Bu gün işğaldan azad edilmiş Füzuli şəhərində avarçəkmə üzrə “Mingəçevir Reqatası-2024”ün rəsmi paradı təşkil olunub.
Paradda Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar Füzuli Aeroportunun qarşısından Aşağı Köndələnçay su anbarınadək yürüş ediblər.
Onları Azərbaycan bayrağını daşıyan könüllülərdən ibarət dəstə, milli geyimdə olan çaparlar Qarabağ atları müşayiət edib.
Qeyd edək ki, bu gün Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar Füzulidə, Aşağı Köndələnçay su anbarında avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi də keçiriləcək. Mərasimdən sonra ikinci yarış gününə start veriləcək.