Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində səyyar idman avtomobili oktyabrın 20-də Goranboyda olub.
Goranboy şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar. Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.