Fiqurlu konkisürənimiz Qran-pridə beşinci oldu

Fiqurlu konkisürənimiz Qran-pridə beşinci oldu

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Kanadanın Halifaks şəhərində keçirilmiş “Skate Canada International” adlı Qran-pridə beşinci yeri tutub.

Bu barədə Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, qısa və sərbəst proqram üzrə çıxış edib.

Təmsilçimiz 12 idmançının qatıldığı yarışda 222.90 xal toplayıb.