Azərbaycanlı ağırlıqqaldıran Qasım İsmayılov (67 kq) Polşanın Raşin şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, birdənqaldırma yarışında 120 kq çəkidə nəticə göstərən Qasım İsmayılov 4-cü olub. Təkanla qaldırmada daha yaxşı təsir bağışlayan idmançımız 153 kq çəkinin öhdəsindən gəlməklə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. İdmançımız ümumilikdə 273 kq nəticə ilə Avropa birinciliyində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.