Bakı Olimpiya Stadionunun COP29 iqlim sammiti üçün ayrılmış “Natəvan” konfrans zalında müvafiq beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə brifinq keçirilib və burada nümayəndələrə gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməsi üzrə demək olar ki, bütün sahələri əhatə edən geniş məruzə təqdim olunub.
Tədbirdə bəşəriyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində gənclərin fəal iştirakının artan əhəmiyyəti və iqlim problemlərinin həllinin sonrakı nəsillərə həvalə edilməsinin yolverilməzliyi qeyd edilib.
Sonra istedadlı gənclərin – Kanadanın bir universitetinin tələbələrinin hazırladığı, cəmiyyətin iqlim problemləri ilə bağlı maarifləndirilməsinə yönəlmiş cizgi filmi nümayiş etdirilib.