COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub

COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub

Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində “Neft və dünyada baş verən son dəyişikliklər” mövzusunda mətbuat konfransı keçirilib.

Mətbuat konfransında beynəlxalq ekoloji təşkilatların nümayəndələri - Sindra Şarma (PICAN), Bronven Taker (Oil Change International) və Diin Bebhe (Power Shift Africa) qısa açılış nitqləri ilə çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.

Mətbuat konfransı zamanı XXI əsrin üçüncü onilliyində neft hasilatı və neft məhsullarının gələcək istehsalının ətraf mühitə təsiri, neft korporasiyalarının iqlimin qorunmasına töhfəsi, qeyri-hökumət təşkilatlarının bu sahəyə həsr olunmuş proqramlarının maliyyələşdirilməsi məsələlərinə toxunulub.

Natiqlər müəyyən edilmiş problemlərin həlli yollarının tapılmasında hazırkı COP-un mühüm rolunu qeyd ediblər.

COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub