BOK prezidentliyinə namizədlərin sənədləri dərc edilib

BOK prezidentliyinə namizədlərin sənədləri dərc edilib

Gələn ilin yanvarın 30-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə namizədlərin təqdimatı və BOK-un növbədənkənar sessiyası keçiriləcək.

Artıq Beynəlxalq Olimpiya Komitəsi qurumun rəhbəri olmaq üçün yeni namizədlərin namizədlik sənədlərini ioc.org saytında fransız və ingilis dilində yerləşdirib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidentliyinə seçkilər gələn ilin martında BOK-un Yunanıstanda keçiriləcək 144-cü sessiyası zamanı olacaq.

BOK-un prezidentliyinə 7 nəfər - Sebastyan Koe (Beynəlxalq Gimnastika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), David Lapartian (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Yohan Elias, Xuan Antonio Samaranç-kiçik (hər ikisi Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faysal Əl-Hüseyn (BOK-un İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizəddir.