2024-cü ilin ən böyük idman yarışı, şübhəsiz ki, Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Olimpiya və Paralimpiya Oyunlarının idi.
Budəfəki olimpiada da mübahisəli və unudulmaz anlarla yadda qaldı. Dünyanın məşhur “İnsidethegames” saytı Paris-2024 Yay Olimpiya Oyunlarında diqqət çəkən unudulmaz məqamları bir araya toplayıb.
Yağış altında keçən açılış mərasimi
Oyunlardan əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi bütün dünyaya heyranedici açılış mərasimi vəd etmişdi. Lakin Sena çayı üzərində keçirilən parad zamanı gözlənilmədən yağan yağış bu vədi al-üst etdi. Bu da mərasimin yaddaqalan hadisəsi oldu.
Zamanı qabaqlayan Layls
ABŞ-ı təmsil edən atletika üzrə altıqat dünya çempionu Noa Layls 100 metr məsafəyə qaçışda 9.79 saniyə nəticə ilə ölkəsinə qızıl medal qazandırıb. O, 200 metr məsafəyə yarışda isə bürünc medala layiq görülüb. O, Tokio-2020-nin Yay Olimpiya Oyunlarında da eyni nəticəni göstərib. O, ən yaxın izləyicisi olan yamaykalı Kişeyn Tompsonu qabaqlayıb. Onun qələbəsi yalnız foto-finişdən sonra təsdiqlənib.
Cokoviçin “ən böyük nailiyyəti”
Tennis üzrə “Böyük Dəbilqə” titulunu 24-cü dəfə qazandıqdan sonra serbiyalı Novak Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarında da qızıl medala layiq görülüb. 37 yaşlı idmançı bu nəticəni karyerasının ən böyük nailiyyəti adlandırıb.
Koreyalıların podium selfisisəs-küysüz ötüşmədi
Paris-2024 Yay Olimpiya Oyunlarında Şimali və Cənubi Koreyadan olan stolüstü tennisçilərinin çəkdiyi selfi səs-küysüz ötüşmədi. Bu foto illərdən sonra sərhədlərarası birliyin nadir nümayişi kimi alqışlandı.
Gender bərabərsizliyi
Tayvanlı Lin Yu-ting və əlcəzairli İman Xelif ötənilki gender testlərindəki uğursuz nəticəsindən sonra boks üzrə dünya çempionatından diskvalifikasiya edilmişdilər. Lakin onların Paris-2024-də rinq mübarizəsi Oyunların ən böyük mübahisələrindən biri oldu.“Mən Oyunlarda iştirak etmək üçün tam yararlıyam, mən də qadınam. Mən qadın doğuldum, qadın yaşadım və qadın kimi yarışdım”, - deyə İman Xelif bildirib.
“Yaşıl qitə”yə çempion kimi qayıdan ən gənc skeytbortçu
14 yaşlı avstraliyalı skeytbordçu Arisa Trev Paris-2024-də uğurla çıxış edərək ölkəsinin ən gənc Olimpiya çempionu oldu. O, Çini Olimpiya Oyunlarında təmsil edən 11 yaşlı Zheng Haohaonun qızıl medal qazanaraq, tarixə düşməsinə imkan verməyib.