Bu gün Azərbaycan Basketbol Liqasında X turun oyunlarına start veriləcək. Yeni ilin ilk turunda "Sabah" və Naxçıvan" komandaları üz-üzə gələcək. A qrupu çərçivəsində keçiriləcək oyun saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. Hazırda "Sabah" 17 xalla birinci pillədə qərarlaşıb. 14 xala malik "Naxçıvan" ikincidir. Qeyd edək ki, turun digər oyunları yanvarın 9-u, 11-i və 12-də təşkil olunacaq.
Basketbol Liqası: Bu gün X tura start veriləcək
