Dünya Boks Şurasının (WBC) prezidenti, meksikalı Xose Süleyman ABŞ-ın Kaliforniya ştatında Los-Anceles hospitallarının birində 82 yaşında vəfat edib.
WBC rəhbərliyi nümayəndələrinin verdiyi məlumata görə, Xose Süleymanın ölümünə səbəb keçən ilin oktyabr ayında ürəyində aparılmış əməliyyatdan sonra yaranmış fəsadlar olmuşdur.
Qeyd edək ki, X.Süleyman WBC-yə 1975-ci ildən rəhbərlik edirdi.