Masallıda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib 

Masallıda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib 

Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbirində boks, taekvondo, futbol, kəndirdartma, yerindən uzununa tullanma, sərbəst və yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar olub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq Gənclər İdman Məktəbinin müəllimlərinin rəhbərliyi altında keçirilən çıxışlarda məqsəd uşaq, yeniyetmə və gənclərin, o cümlədən rayon sakinlərinin diqqətini idmana cəlb etmək, rayonda idmanın kütləviliyini artırmaq, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Böyük maraqla qarşılanan idman çıxışlarına şəhər sakinləri də qoşulub.

Onu da qeyd edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 109 nəfər idmançı iştirak edib