Portuqaliyada Azərbaycan Himni səsləndi 

Portuqaliyada Azərbaycan Himni səsləndi 

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Qarışıq cütlük 19.350 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.