Azərbaycan Yüksək Liqasında XIII tur: Liderlik mübarizəsi daha da gərginləşir

Azərbaycan Yüksək Liqasında XIII tur: Liderlik mübarizəsi daha da gərginləşir

Azərbaycan Yüksək Liqasında futzal üzrə XIII turun daha iki oyunu keçirilib.

Günün ilk qarşılaşmasında "Neftçi" "Yasamal Bakı"nı 12:3 hesabı ilə məğlub edib.

İkinci oyunda isə ölkə çempionu "Araz-Naxçıvan" "Şuşa MFK"-ya 10:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun ilk görüşündə "Baku Fire" U-19-u 3:1 hesabı ilə yenib. Hazırda "Baku Fire" 32 xalla liderdir, ardınca "Araz-Naxçıvan" və "Neftçi" 31 xalla gəlir. "Şuşa" 12 xalla dördüncü, U-19 isə 9 xalla beşincidir. Xalsız "Yasamal Bakı" isə altıncı və sonuncu pillədə qərarlaşıb.