Aprelin 18-20-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku təşkil olunacaq. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mötəbər turnir Milli Gimnastika Arenasında keçiriləcək və gimnastlar müxtəlif növlərdə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışda iştirak edən gimnastlar, həmçinin çoxnövçülük və ayrı-ayrı alətlər üzrə mübarizə aparacaqlar. Yarışın sonunda ən yüksək icra xalı toplayan gimnast və qrup komandası ənənəvi olaraq "AGF Trophy" kuboku ilə mükafatlandırılacaq.