20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr arasında keçirilən şəhər birinciliyi başa çatıb. 1 saylı Uşaq Gənclər İdman Məktəbində (UGİM) olan yarışda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov çıxış edib. O, tariximizə qara hərflərlə yazılan 20 Yanvar hadisəsindən, ölkəmizin milli azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilən soyqırımdan bəhs edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.Üç gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Zahid Qədimov (44 kq), Arif Qafarov (46 kq), Fariz Baxşəliyev (48 kq), Fərid Baxşəliyev (50 kq), Cavidan Nağdıyev (52 kq), Rəşad Novruzov (54 kq), Ümüd Əşrəfov (57 kq), Əkbər Rzayev (60 kq), Yusif Yusifli (66 kq), Vəliş Cəfərquliyev (70 kq), Məhəmməd Mədətov (80 kq) və İlkin İsmayılov (+80 kq) turnirin qalibi olublar. Turnirdə qalib gələn idmançılar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.