Azərbaycan batut gimnastları Selcan Mahsudova və Əli Niftəliyev İtaliyanın Riççone şəhərində keçirilən Dünya Kubokunda uğurlu nəticə göstəriblər. İdmançılarımız qarışıq sinxron proqram üzrə yarışda bürünc medala sahib olublar.
Gimnastlarımızın çıxışı 46.570 xalla qiymətləndirilib və bu nəticə onlara fəxri kürsünün üçüncü pilləsində yer almağa imkan verib.