Yeniyetmə ağırlıqqaldıranlarımız beynəlxalq turnirdə iştirak ediblər

Yeniyetmə ağırlıqqaldıranlarımız beynəlxalq turnirdə iştirak ediblər

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranları Özbəkistanın Çirçiq şəhərində keçirilən “Uzbekistan Open”də iştirak ediblər.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Zeynəb Həsənova (55 kq) birdənqaldırma hərəkətində 48 kq, təkanla qaldırmada isə 63 kq ağırlığın öhdəsindən gəlib. O, toplamda 111 kq nəticə ilə turniri 4-cü pillədə başa vurub.

Aydan Rzayeva(55 kq) isə birdən qaldırma hərəkətində 53 kq, təkanla qaldırmada isə 66 kq ağırlığı başı üzərinə qaldırıb. Atlet toplamda 119 kq nəticə ilə 6-cı olub.