Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvü Giorgi Meşvildişvili parlaq qələbə ilə yadda qalıb.
Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız final görüşündə Gürcüstan təmsilçisi Solomon Manaşvilini məğlub edərək qızıl medala sahib çıxıb. Bu nəticə Azərbaycan yığmasının qitə çempionatındakı ilk qızıl medalı kimi tarixə düşüb.
Qeyd edək ki, bundan əvvəl digər sərbəst güləşçilərimiz də uğurlu çıxışlarla yadda qalıblar. Belə ki, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıblar. Osman Nurməhəmmədov isə 92 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Azərbaycan güləşçilərinin bu uğurlu çıxışları ölkəmizin idman tarixində növbəti əlamətdar səhifə kimi yadda qalacaq.