Volkanovski çempionluq kəmərini geri aldı

Volkanovski çempionluq kəmərini geri aldı

ABŞ-ın Mayami şəhərində qarışıq döyüş növləri üzrə UFC 314 turniri keçirilib. Döyüş həvəskarlarının səbirsizliklə gözlədiyi gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsinin keçmiş çempionu Aleksandr Volkanovski ilə braziliyalı döyüşçü Dieqo Lopes arasında olub. Beş raund davam edən gərgin qarşılaşma hakimlərin yekdil qərarı ilə Volkanovskinin xeyrinə başa çatıb.

Bu qələbə ilə Aleksandr Volkanovski UFC-də çempionluq kəmərini yenidən qazanaraq karyerasında mühüm dönüşə imza atıb. Avstraliyalı idmançının peşəkar MMA karyerasındakı statistik göstəriciləri hazırda 27 qələbə və 4 məğlubiyyətdən ibarətdir. Onun rəqibi Dieqo Lopes isə 23 qələbə və 7 məğlubiyyətlə peşəkar fəaliyyətini davam etdirir.

Qeyd edək ki, UFC 314 turniri bir sıra maraqlı döyüşlərlə yadda qalıb.