Yüngül çəkidə (70 kq-a qədər) əfqanıstanlı döyüşçü Əhməd Həsənzadə UFC-də debütündən bir həftə əvvəl həbs edilib.
Olimpnews.az Ag.Fight saytına istinadla xəbər verir ki, Ə.Həsənzadə qeyri-etik rəftarına görə ittiham olunur. Bu gün idmançının məhkəməsi olacaq. Qeyd edək ki, 28 yaşlı Əhməd Həsənzadə debütünü 2016-cı ildə edib. 2024-cü ilin sentyabrında o, Dana Uaytın təşkil etdiyi yarışda iştirak edib. Amerikalı rəqibi Dilan Montelloya üçüncü raundda boğma fəndi ilə qalib gəlib. Ümumilikdə onun MMA-da 11 qələbəsi və dörd məğlubiyyəti var.