İspaniyanın "Barselona" klubunun keçmiş baş məşqçisi Xavi Hernandes Madrid "Real"ının hazırkı baş məşqçisi Karlo Ançelotti haqqında fikirlərini bildirib.
"Olimpnews.az" xəbər verir ki, ispaniyalı gənc mütəxəssis həmkarını tənqid edənləri başa düşə bilmədiyini deyib: "Karlo Ançelottinin bu qədər tənqid edilməsi ədalətli deyil. O, 10 il ərzində 30 kubok qazanan bir məşqçidir. Amma insanlar onu elə tənqid edirlər ki, sanki heç bir uğuru yoxdur. Əgər Karlo Ançelotti də tənqid olunursa, bəs qalanları nə etsin?".
Qeyd edək ki, "Kral Klubu" mövsüm ərazidəki uğursuzluqların ardından bu il italiyalı mütəxəssislə yollarını ayırmağı qərara alıb.
Xatırladaq ki, Karlo Ançelotti "Real Madrid"in bas məşqçisi kimi 3 UEFA Çempionlar Liqası, 2 La Liqa çempionluğu, 2 Kral Kuboku, 2 İspaniya Superkuboku, 3 UEFA Superkuboku, 2 FIFA Klublar Dünya Kuboku və 1 FIFA İnterkontinental Kuboku olmaqla ümumilikdə 15 titul qazanıb.
Xavi Ançelottinin müdafiəsinə qalxdı - bəs qalanları nə etsin?
