Misli Premyer Liqası: "Kəpəz" "Sumqayıt"a minimal hesabla qalib gəldi

Misli Premyer Liqası: "Kəpəz" "Sumqayıt"a minimal hesabla qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha bir oyun keçirilib. Günün ilk matçında qonşu pillələrdə qərarlaşan "Kəpəz" və "Sumqayıt" komandaları qarşılaşıb. Qarşılaşma Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda vurulan yeganə qolun müəllifi 11-ci dəqiqədə fərqlənən Rauf Hüseynli olub. O, penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb. 

Bu qələbəsən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" isə 30 xalla 9-cudur.