Beynəlxalq idmanı təşkilatı olan UFC paytaxtımızda keçiriləcək turnirdəki döyüşlərin kartını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, iyunun 21-də "Kristal Hall"da təşkil olunacaq yarışda 9 qarşılaşma təşkil ediləcək. Həmin gün bütün diqqətlər əvvəlcə təmsilçimiz Rafael Fiziyevə yönələcək. Onun rəqibi Çilidən olan "Qəfəs" ləqəbli İqnasio Bahamondes olacaq. Sonra isə Nazim Sadıxov braziliyalı Nikolas Mottanın bacarığını yoxlayacaq. Bakıda keçirilən döyüş gecəsində azarakeşlər iki görüşdə qadınların mübarizəsinə şahid olacaqlar. Rusiyalı İrina Alekseyeva polşalı Kaludiya Siqulanı sınağa çəkəcək. Digər qarşılaşmada isə ingiltərəli Melissa Manils "Dəmir ledi" ləqəbli rusiyalı Darya Jeleznyakovanın növbəti qələbəsinə mane olmağa çalışacaq.
UFC döyüş gecəsinin Bakı Kartı:
Camal Hill və kiçik Xəlil Rountree.
Rafael Fiziev - İqnasio Bahamondes
Nazim Sadıxov - Nikolas Motta
Tagir Ulanbekov - Kyoji Horiguchi
İrina Alekseeva - Kaludiya Sigula
Melissa Mullins - Daria Jeleznyakova
Hamdi Abdelwahab - Mohammed Usman
İsmayıl Naurdiyev - Yun Yanq Parkı
Kertis Bleydes - Rizvan Kuniev