Nokauta düşən boksçu dünyasını dəyişdi

Nokauta düşən boksçu dünyasını dəyişdi



Rinqdə daha bir boksçu ölümü faktı aşkarlanıb. Meksikalı boksçu Oskar Qonsales fevralın 2-də öz həmyerlisi Xesus Qalisiya ilə döyüşdə huşunu iritib.
Döyüşün 10-cu raundunda yerə yıxılan Oskar Qonsales təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər ona «beyninə qan sızma» diaqonzu qoymuşdular. Hadisə baş verəndən 36 saat sonra, yəni fevralın 3-nə qədər xəstəxanada qalan boksçuda həyat əlaməti müşahidə olunmadığından həkimlər onu süni nəfəs aparatından ayırıblar.
Mərhum boksçunun meyidi Meksikinın Tepik şəhərinə aparılıb. 23 yaşında həyata «əlvida» deyən Qonsalesin ailəsinə Ümumdünya Boks Şurası (WBC) 50 min dollar təzminat verib.