FİDE Əfqanıstanda dini səbəblərdən şahmata qoyulan qadağa barədə xəbərə münasibət bildirib.
Qeyd edilib ki, FİDE və dünya şahmat ictimaiyyəti Əfqanıstan hökumətinin qumar oyunları ilə bağlı problemlərə görə şahmatı müvəqqəti qadağan etmək qərarından dərin təəssüf hissi keçirir. “Şahmat uzun müddətdir ki, Əfqanıstanda həyatın ayrılmaz hissəsi olub. Son illərdə ölkədə çoxlu gənclər yetişib. Bu qadağa onların inkişafına xələl gətirə bilər”, - FİDE-nin açıqlamasında bildirilir.
Qeyd edək ki, şahmat ötən həftə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı tərəfindən qadağa edilib. Bildirilib ki, şahmat İslam normalarına ziddir. Onun qumar oyunu olduğu və əfqanların dini inancı ilə uyğun gəlmədiyi vurğulanıb.
FİDE əfqanıstanlı şahmatçılara görə təəssüflənir
