Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının finalına vəsiqə qazandı

Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının finalına vəsiqə qazandı

Bu gün İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatı start verilib. 
Olimpnews.az Azərbaycan Kunq-Fu Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mötəbər turnirin ilk günü Azərbaycan üçün uğurlu başlanğıcla yadda qalıb. Belə ki, yarışın ilk mərhələsində Əminə Əliyeva light sanda kateqoriyasında nümayiş etdirdiyi inamlı çıxışla final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Əminə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsidir. 11 yaşlı idmançı yüksək idman ruhu və mübarizliyi ilə beynəlxalq arenada böyük maraqla qarşılanıb.
Çempionatda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Arzu Əliyeva, Azərbaycan Kunq-Fu Federasiyasının rəhbəri Nurlan Aslanov, federasiya rəsmiləri, məşqçilər və bir qrup gənc idmançı yer alır. Yarışın açılış mərasimində çıxış edən Nurlan Aslanov dövlət başçısının idmana göstərdiyi diqqət və qayğının bu kimi uğurlarda mühüm rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının finalına vəsiqə qazandı Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının finalına vəsiqə qazandı Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının finalına vəsiqə qazandı Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının finalına vəsiqə qazandı