Cüdoçularımız Avropa çempionatına hazırlaşırlar

Cüdoçularımız Avropa çempionatına hazırlaşırlar

Cüdoçularımız kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən xəbərə görə, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub. Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək. Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” kata formaları üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən öncə, 28–30 may tarixlərində Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.

Cüdoçularımız Avropa çempionatına hazırlaşırlar