Formula 1 üzrə "Red Bull Rasinq" komandasının fransalı pilotu İsak Haccar Monako Qran Prisində xüsusi dəbilqə ilə çıxış edəcək.
Olimpnews.az xəbər verir ki, o, üzərində braziliyalı üçqat dünya çempionu mərhum Ayrton Sennaya həsr olunmuş dəbilqə ilə yarışacaq. “Biz Monte Karlo küçələrinin kralına hörmətlə yanaşırıq”, - deyə İsak Haccar sosial şəbəkə hesabında paylaşdığı fotonun altından bu sözləri yazıb.
Məlumat üçün bildirək ki, ümumi sürücüləri sıralamasında fransalı pilot 14-cü yerdə qərarlaşıb. Siyahıya isə 146 xalla "McLaren pilotu" Oskar Piastri başçılıq edir. Onun komanda yoldaşı Lando Norris (133 xalı) ikinci, "Red Bull" təmsilçisi Maks Ferstappen (124) isə üçüncüdür.