Şəhidlərin xatirəsinə karate üzrə reytinq turniri keçirilib - FOTO
Olimpizm xəbərləri
23.05.2025, 14:29
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib. Bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti məlumat yayıb. AKF-nin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda yeniyetmələr, gənclər, 21 yaşadək karateçilər, böyüklər və parakarateçilər iştirak ediblər. Turnir Vətən Müharibəsi şəhidləri - Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunub. Turnir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə AKF-nin prezidenti Ülvi Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və şəhidlərin valideynləri çıxış ediblər. AKF prezidenti Ülvi Quliyev çıxışında yarışın yalnız idman mübarizəsi olmadığını bildirib: “Bu yarış yalnız idman mübarizəsi deyil, eyni zamanda şəhidlərimizin ruhuna ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təcəssümüdür". İcra başçısı Adil Əliyev turnirin dövlətin milli dəyərlərə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb: “Şəhidlərimizin xatirəsinin belə tədbirlərlə əbədiləşdirilməsi dövlətimizin milli dəyərlərə verdiyi önəmin göstəricisidir. Bu yarış həm də gənclərimizin mənəvi inkişafına mühüm töhfədir”. Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının adlarının idman meydanlarında yaşadılmasından duyduqları qüruru və minnətdarlıqlarını ifadə ediblər. Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Yarış yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb. AKF tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ – lisenziya əldə edəcəklər. Bu mexanizm milliyə obyektiv və şəffaf seçim prosesini təmin edir. Turnirin idarə olunmasına 30-a yaxın peşəkar hakim cəlb edilib. Yarış beynəlxalq standartlara uyğun şəkildə, texniki və təşkilati baxımdan yüksək səviyyədə keçirilib. Təhlükəsizlik tədbirləri və idmançıların rifahı tam təmin olunub. Qeyd edək ki, karatenin inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə AKF tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub. Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
10.08.2026, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
10.08.2026, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
10.08.2026, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
10.08.2026, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri