“Artıq tamah baş yarar”

“Artıq tamah baş yarar”



Çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı boksçusu sayılan kiçik Floyd Meyvezer öz başına oyun açıb. Milli Futbol Liqasının (MFL) final oyununa 10 milyon dollar mərc qoyan boksçu daha çox qazanmaq istəyib. Lakin fevralın 2-dən 3-nə keçən gecə keçirilən "Denver”-"Sietl” final oyunu Meyvezerə küllü miqdarda ziyan vurub. 82 min tamaşaçının iştirakıyla izlədiyi görüş "Sietl”in qələbəsi ilə başa çatıb - 43:8. "Denver”in qələbəsinə pul qoyan Meyvezer 10 milyon dollar itirib. Necə deyərlər, "artıq tamah baş yarar”.